kanal1

BU NƏDİ BELƏ: Kəlbəcərin kəndində silahlı erməni əsgərləri və xaçkar… - Bəs, bu rus gədələri ora niyə dikiliblər?

Tarix:10-06-2022, 14:07
Baxış Sayı:11

BU NƏDİ BELƏ: Kəlbəcərin kəndində silahlı erməni əsgərləri və xaçkar… - Bəs, bu rus gədələri ora niyə dikiliblər?


“Vaquas icmasında Üçüncü Artsax müharibəsində həlak olmuş çağırışçı Mxitar Ağabekyanın xatirəsinə xaçkar(xaçlı abidə-S.L.) ucaldılıb. İyunun 7-də onun 20 yaşı tamam olacaqdı”.

Ictimailider.az moderator.az-a istinadla xəbər verir ki, bu cümlələr Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumatdandır.

Bilməyən, yaxud unudan rəsmi və qeyri-rəsmi şəxslərə bir daha xatırladırıq ki, Vaquas – inzibati-hüquqi cəhətdən Kəlbəcər rayonuna aid olsa da, Putin rejiminin müvəqqəti(!) nəzarətində qalan ərazidə, həmin rejimin “sülhməramlı” hərbi kontingentinin qucağında - himayəsində bəslənən separatçı-terrorçu rejimin faktiki sahiblik etdiyi Qozlu kəndidir…

1992-ci ilədək sovet dövründə “Mardakert” adlanan keçmiş Ağdərə rayonuna daxil olan Qozlu kəndi, həmin ildə Azərbaycan dövlətinin qərarıyla Ağdərə rayonu ləğv olunduqdan sonra inzibati-hüquqi cəhətdən digər, azı, 22 kənd kimi Kəlbəcər rayonuna daxil edilib. Ancaq təəssüf ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Rusiya “sülhməramlı” hərbi kontingenti Ağdam və Tərtər rayonunun bir hissəsi kimi Kəlbəcər rayonunu da Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətinə 1992-ci ildən müstəqil Azərbaycan Respublikası daxilindəki sərhədləri üzrə yox, sovet dövründəki inzibati bölgüyə uyğun qaytarıblar… Halbuki, Ağdərə şəhəri də daxil olmaqla həmin ərazilər, o cümlədən bütövlükdə Kəlbəcər və Ağdam rayonları Ermənistan tərəfindən artıq Ağdərə rayonunun kəndləri inzibati-hüquqi cəhətdən ərazilərinə daxil olduğu bir durumda işğal edilib. Odur ki, Azərbaycan dövlətinin yurisdiksiyasına da eyni inzibati-hüquqi bölgü və xəritə üzrə qaytarılmalıydı…

10 noyabr bəyanat-razılaşmasına əsasən Rusiya “sülhməramlı” kontingenti erməni silahlı birləşmələrini tərksilah edərək Azərbaycan torpaqlarından çıxarmalı idi. Ancaq bəhs etdiyimiz xəbəri müşayiət edən fotolar da təsdiqləyir ki, erməni silahlıları nəinki ərazidən çıxarılıb, üstəlik, Rusiya hərbçilərinin gözü qarşısında separatçı rejim ordusunun geyimində və silahlı şəkildə Azərbaycana məxsus kənddəki “rəsmi” tədbirə qatılırlar… Kimdir günahkar? "Sülhməramlı"lar... Həm də bizlər...
BU NƏDİ BELƏ: Kəlbəcərin kəndində silahlı erməni əsgərləri və xaçkar… - Bəs, bu rus gədələri ora niyə dikiliblər?
BU NƏDİ BELƏ: Kəlbəcərin kəndində silahlı erməni əsgərləri və xaçkar… - Bəs, bu rus gədələri ora niyə dikiliblər?

İrana qarşı sanksiyalar genişləndirildi
İrana qarşı sanksiyalar genişləndirildi
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
"Humana" ilə körpələri necə zəhərləyirlər......
"Humana" ilə körpələri necə zəhərləyirlər......
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?