kanal1

Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR

Tarix:7-06-2022, 13:40
Baxış Sayı:11

Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR

“Bilirsiniz bu nədir? Bu, “bespredel”ın pik nöqtəsidir. 50 metr aralıda yeraltı parkinq var, amma məmur xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin”.

AMİA.AZ xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist Azər Qərib özünün Facebook səhifəsində yazıb.

“Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib?

Görəsən 200 metr aralıda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda?”, deyə o, qeyd edib.

Jurnalistin fikrincə, bu məsələ yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməklə bitəcək. O, statusunun sonunda şokda olduğunu bildirib.

Fotolardan görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Həmin yerdə səki bir qədər daralıb və bir neçə avtomobil üçün şəxsi parklanma yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub və kilidlənib

Xatırladaq ki, həmin ərazi Bülbül prospekti, 18 ünvanına aiddir. Əvvəllər AZƏRTAC Dövlət Agentliyi də bu bunada yerləşib. AMİA.AZ
Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR
Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR
Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR
Bakının mərkəzində rəzillik: Məmurlar çoxillik ağacları kəsib parkinq etdilər - FOTOLAR

“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib

"Humana" ilə körpələri necə zəhərləyirlər......

“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”

Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video

Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO

“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”

Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər