kanal1

“MN-də özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir” - GİLEY

Tarix:7-06-2022, 11:07
Baxış Sayı:8

“MN-də özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir” - GİLEY


Vətən müharibəsində Füzuli, Hadrut və Şuşanın azad olunması əməliyyatlarında iştirak edən hərbçi Azər Əliyev müdafiə nazirinə müraciət edib.
“MN-də özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir” - GİLEY

ictimailider.az moderator.az-a istinadla xəbər verir ki, onun şikayət məktubunu hərbi ekspert Ədalət Verdiyev ictimailəşdirib.

Azər Əliyev məktubunda 29 sentyabr 2020-ci ildə könüllü olaraq müharibəyə getdiyini, “N” saylı hərbi hissənin tərkibində müxtəlif döyüş əməliyyatlarında iştirak etdiyini, ordudan Şuşa şəhərində təxris olunduğunu bildirib. Hərbçi məktubunda xidmətlərinin müqabilində heç bir təltifə layiq görülməməsindən narahatlığını ifadə edib.
“MN-də özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir” - GİLEY

“Müdafiə Nazirliyinin Təltif şöbəsində oturaraq, müharibə zamanı kabinetindən çıxmayaraq özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir. Məni yola verməyə çalışır... Atamı itirmişəm. Bu medal mənə daha çox anama təsəlli vermək, onu döyüşdüyümə inandırmaq və az da olsa ovundurmaq üçün lazımdır”, - Azər Əliyev nazirə məktubunda belə yazıb.

Ümid edirik ki, bu məsələ Müdafiə Nazirliyi rəhbərliyinin diqqətindən kənarda qalmayacaq, Şuşaya qədər döyüşən hərbçimiz mükafatlandırılacaq.

İrana qarşı sanksiyalar genişləndirildi
İrana qarşı sanksiyalar genişləndirildi
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
"Humana" ilə körpələri necə zəhərləyirlər......
"Humana" ilə körpələri necə zəhərləyirlər......
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?