"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.
"BEŞ.AZReport"un məlumatına görə, yarışda müxtəlif bölgələrdən olan 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlan və qızlar arasında 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Qeyd edək ki, kiçikyaşlı yeniyetmələrin ölkə birinciliyinə aprelin 26-da yekun vurulacaq.