kanal1

"Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm" - Baş nazirdən gürcü həmkarına

Tarix:27-05-2022, 15:20
Baxış Sayı:174

"Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm" - Baş nazirdən gürcü həmkarına


Xeyli müddətdir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində ( ASC ) baş verən rüşvət və korrupsiya halları barədə yazırıq.
Hətta ASC-nin rayonlardakı idarələri barədə ciddi araşdırma yazıları dərc edirik.
Qurumun regionlardakı idarələrində baş verən tender maxinasiyaları , yanacağın silinməsi, quruma məxsus avadanlıqların müxtəlif şirkətələrə arendaya verilməsi və digər hallarla bağlı araşdırma yazılarımız dərc olunub.
Məlumdur ki, ASC bütün rayonlarda subartezian quyuları qazaraq əkin sahələrini su ilə təmin edir. Amma..
Əmması odur ki, ASC-nin subartezian quyuları qazması sözün həqiqi mənasında rüşvət və korrupsiya mənbəyidir.
Belə ki, təkcə bir rayonda 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib.
Rəqəmlər arasındakı fərqə fikir verdinizmi.. ?
Görəsən, Maliyyə Nazirliyi niyə bu boyda vəsaitlə maraqlanmayıb..?
Görəsən bu qədər vəsait hara gedib..?
Məlumdur ki, rayonlarda əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyuları qazılır.
Və dövlət bu məqsədlə milyonlarla vəsait ayırır.
Amma cənab Prezident İlham Əliyevin dediyi kimi ASC-nin hesabatında qeyd olunur ki, 40-50 faiz su itkisi var.
Biz bu barədə dəfələrlə yazmışıq ki, 40-50 faiz su itkisi ola bilməz.
Deməli, bu qədər pul kimlərinsə cibinə gedib.
Bəli, 40-50 faiz su itkisi 100 milyonlar deməkdir.
ASC-nin belə qurumlarından biri də Qax Suvarma İdarəsidir.
Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərov rayondakı yerli fermerlərə ciddi problemlər yaradır.
Fermerlər, şəxsi təsərrüfat sahibləri deyir ki, idarə rəisi bir çox yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.
Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərov dövlətin ayırdığı maliyyə vəsaitini məmimsəyir.
Belə ki, Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üzrə keçirilmiş tenderdə 137544.34 manat məbləğində satınalma müqaviləsi 31.05.2021-ci il tarixdə “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bütün sənədlərdən görünür ki, Cəlal Əskərov külli miqdarda vergi borcu olan şirkətləri tenderdə qalib elan edərək onlardan “otkat” alır və xeyli pul mənimsəyir.
Hətta mediada yazılan xəbərlərdən bəlli olur ki, Cəlal Əskərov ASC-nin sədri cənab Zaur Mikayılovla dil tapır.
Bəli, Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərov hər yerdə deyir ki, mənim arxamda ASC-nin sədr müavini Zakir Quliyev dayanıb.
Belə ki, ASC-nin sədr müavini Zakir Quliyevə arxayın olan Cəlal Əskərov sənədlərdə qiymətləri şişirtməklə yüz minləri məmimsəyir.
Və beləcə dövlətə külli miqdarda ziyan vurur.
Təkcə bir faktla Cəlal Əskərovdan soruşmaq lazımdlır ki, yüz milyonlarla dövlət vəsaitini nə üçün Rövşən Əliyevə ayırmısan.
Bəli, Cəlal Əskərov YARIM MİLYON PULU, daha dəqiq desək, 432 min 398 manat 49 qəpik pulu öz qohumu Rövşən Əliyevin şirkətinə köçürüb.
Onu da qeyd edək ki, Qax Suvarma Sistemləri İdarəsi son bir ildə fərdi sahibkar Rövşən Əliyevdən 1 MİLYON MANAT tikinti materialı alıb.
Görəsən, bütün bunları ASC-nin sədri cənab Zaur Mikayılov görmür..?
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
COP29-un on ikinci günündən FOTOREPORTAJ
COP29-un on ikinci günündən FOTOREPORTAJ
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!