Hacı Cavid Məmmədov
Bugünkü həmsöhbətimiz Göy məscidin axundu Hacı Cavid Məmmədhəsən oğlu Məmmədovdur.
Suriyanın Dəməşq Zeynəb hövzəsindətəhsil almış Hacı Cavid vətənini sevən,dininə,dilinə sadiq,həqiqətən vətəni üçün canını fəda etməyə hazır olan insanlardan biridir.
"Azərbaycan öz milli istiqlaliyyətinə nail olduqdan sonra respublikamızda dinimizə,milli-mənəvi dəyərlərimizə qayıdış sahəsində ciddi addımlar atılmışdır. Sovet dövründə anbar, emalatxana kimi istifadə edilmiş qədim məscidlərimiz əsaslı surətdə bərpa edilmiş, dindarların istifadəsinə verilmiş, yenilərinin tikintisinə başlanmış və bu sahədə xeyli iş görülmüşdür.Din haqqında yeni qanuna müvafiq olaraq,məscidlər öz həqiqi sahibinin-Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyinə qaytarılmış,onların nəzdində mədrəsələr və Quran kursları təşkil edilmişdir ".
Bu sözlərlə söhbətə başlayan Hacı Cavidin maraqlı söhbətləri içində heç vaxt eşitmədiyimiz çox maraqlı və diqqət çəkən məqamları əziz oxucularımız ,sizə təqdim edirik.Düşünürük ki,bu söhbətlər sizin üçün xoş təsir bağışlayacaqdır.
Hacı Cavid çox hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadədən eşitdiyi Ulu öndərimiz Heydər Əliyevin hələ sovet dönəmində məscidlərimizin qorunmasında etdiyi fədakarlıqlardan biri haqqında kiçik bir söhbət etdi:
-Bir gün Moskvadan əmr gəlir ki,Gəncə məscidi darmadağın edilməlidir.Bunu eşidən Hacı Allahşükür Paşazadə Moskvaya Heydər Əliyevlə görüşə gedir.
Dahi Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva Şeyxi yanına çağıraraq onu başa salır ki,Pirin dağıdılmamasının yeganə yolu budur ki, məscidi dinə daxil olmayan bir yer kimi göstərməliyik.
Vəziyyətin ciddi olduğunu anlayan Ulu Öndərimiz dahi Heydər Əliyev məscidi qorumaq üçün əlindən gələni edərək,bir neçə saata yerlə yeksan olmalıdır!-söyləyən kafirlərin qarşısına çıxaraq Piri tarixi abidə adı altında xilas edə bilir. Məhz dahi Heydər Əliyevin səyi nəticəsində Gəncə Piri məhv olmaqdan xilas olur.
Doğrudan da biz bu gün əldə etdiyimiz bütün uğurlarımıza, qazandığımız nailiyyətlərə-hər şeyə görə xilaskarımız Heydər Əliyevə borcluyuq.
P.S. Vətənini canından artıq sevən,dininə,dilinə sadiq,Vətəni üçün gözünq qırpmadan canını fəda etməyə hazır olan Hacı Cavid Məmmədovu11 ayın Sultanı olan Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, kainatın yaradıcısı və aləmlərin Rəbbi, bağışlayan və Rəhimli Uca Allah qıldığınız Namazı, tutduğunuz Orucu, etdiyiniz arzu və dualarınızı öz dərgahında qəbul etsin,deyirəm.Bu müqəddəs Ramazanda sizə,ailənizə,sevdiklərinizə sevgi,sağlıq və ruzi dolu bir uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında fəaliyyətində bol-bol uğurlar, xoş günlər arzu edirəm.
Sevgi,bolluq və bərəkətlə dolu olan Ramazan bayramınız mübarək!
Süfrəniz Ramazan bərəkəti ilə,qəlbiniz isə hər zaman olduğu kimi İlahi sevgi ilə dolu olsun.Ayların ən gözəl ayı olan Şehri Ramazan sizə,ailənizə,sevdiklərinizə və sizi sevən hər kəsə düşərli olsun. Bu Müqəddəs ayın bərəkəti süfrənizə,səbri ruhunuza dolsun.