kanal1

Bir modelin iki nazirlə verdiyi poz: yeni “ulduz” parlayır...

Tarix:4-05-2022, 09:13
Baxış Sayı:15

Bir modelin iki nazirlə verdiyi poz: yeni “ulduz” parlayır...


Yaxın günlərdə ölkədə yeni bir “uğur hekayəsi” ortaya çıxacaq. Adı da yəqin ki, “bir modelin yüksəlişi” olar, ya da hər nə olursa olsun, motivləri əvvəlkilərdən fərqlənməyəcək. Həmin model efirlərə çağırılacaq, saytlar ondan yazacaq və o da keçdiyi kəşməkəşli həyat yolundan bəhs edəcək. Daha sonra cəmiyyətə ağır öyrədəcək və sair və ilaxır.

Bu günlərdə keçirilən tədbirlərin birində müdafiə sənayesi naziri Mədət Quliyev və mədəniyyət naziri Anar Kərimovun yanında poz verən vokalist model Nəzrin Zərbəliyevanı görəndən sonra belə bir ssenarinin tezliklə reallaşacağına şübhə qalmır. Axı indiyə qədər bir çoxlarının məhz nazirlərimizin yanında poz verməklə, yaxud onların dəstəyi ilə “mədəniyyət və incəsənət xadimi” olması, ən azı “sənətçi” kimi gündəmə gəlməsi sirr deyil. İstər müğənni olsun, istər model, zaman-zaman cəmiyyətə sırınan, daha sonra xalqa ağır öyrədən belələrinin “uğur hekayələri” bəllidir.

Hörmətli nazirlərimiz Mədət Quliyev və Anar Kərimovun şəstlə şəkil çəkdirdikləri Nəzrinin də bəxti yəqin ki fərqli olmayacaq. Fotolara baxanda da bu aydın görünür. O haqda da sual yaranır ki, həmin model nazirlərimizlə foto çəkdirib, yoxsa nazirlərimiz onunla. Bu da müəmmalı və ayrı bir məsələdir.

Bir foto deyib üzərindən keçmək olmur. Çünki ölkənin Müdafiə Sənayesi Nazirliyi kimi strateji sahəyə rəhbərlik edən bir nazirin belə gündəmə gəlməsi doğrudan da düşündürücüdür və bu, birinci dəfə də deyil. Hörmətli nazir indiyə qədər də rəhbərlik etdiyi sahələrdən daha çox, bu cür məsələlərlə gündəmə gəlib. Bu baxımdan, təəccüblü deyil, amma heç də qəbul edilən olmamalıdır. Müdafiə sənayesi nazirinin bir azyaşlı vokalçı ilə yayılan fotosu nə o nazirlik, nə də dövlət üçün o qədər də xoşagələn deyil.

Deyə bilərsiniz ki, Anar Kərimov mədəniyyə naziridir və onun belə bir foto çəkdirməsi “işidir”. Hərçənd ki, sual yaranır: nazirin yanında poz verən xanım kimdir axı?! Hansı işlərə imza atıb?! Araşdıra və tapa bilərsiniz ki, həmin xanım nə məşhur modeldir, nə də incəsənət xadimi, yaxud mədəniyyətimiz naminə nəyəsə imza atmayıb. Sadəcə geyinib-keçinib tədbirə gəlib və nə təsadüf ki, iki hörmətli nazirimizlə foto çəkdirmək şərəfinə nail olub.

Bəllidir ki, bu, məhz həmin xanımın “önünün” açılmasına, məşhurlaşmasına xidmət edən addımdır. Əslində bu kimi hallara qarşı mübarizə aparmalı olan mədəniyyət nazirinin gənc xanımın yanında sevinclə poz verməsi yumşaq desək, heç də yaxşı hal deyil.

Məhz bu foto yuxarıda qeyd etdiyimiz ssenarinin yaxın günlərdə ortaya çıxacağı və “bir modelin yüksəlişi” hekayəsi ilə nəticələnəcəyini deməyə əsas verir. Gözləyin, yeni “ulduz” doğur və bir azdan həmin “ulduz” hər kəsə yuxarıdan aşağı baxmağı, cəmiyyətə ağıl verməyi də öyrənəcək!

Zaur Hacılı, Demokrat

“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
COP29-un on ikinci günündən FOTOREPORTAJ
COP29-un on ikinci günündən FOTOREPORTAJ
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!