kanal1

İcra Hakimiyyətinin Tikinti Şöbəsinin Keçmiş Rəisi Məhkəməyə Verildi – DƏLƏDUZLUQ

Tarix:28-04-2022, 09:09
Baxış Sayı:179

İcra Hakimiyyətinin Tikinti Şöbəsinin Keçmiş Rəisi Məhkəməyə Verildi – DƏLƏDUZLUQ


Abşeron İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov məhkəməyə verilib.

Daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə ötən həftə baxış iclası keçirilib.

Təqsirləndirilən şəxslər vaxtı ilə Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi işləmiş Seymur Məmmədov və ortağı Çingiz Təhməzovdur. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi, vətəndaşlar – Elşən Rəhmanlı və Elmir Şəmiyevdir.

Qeyd edək ki, Seymur Məmmədov Abşeron rayon İcra Hakimiyyətində tikinti şöbəsinin rəisi işlədiyi vaxt Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Seymur Məmmədovla Çingiz Təhməzovdan şikayətçi olan Elmir Şəmiyev və Elşən Rəhmanlı iddia edirlər ki, keçmiş tikinti şöbəsinin rəisi dələduzluq yolu ilə onlara külli miqdarda ziyan vurub. Zərəçəkmişlər Seymur Məmmədov və Çingiz Təhməzovdan dəymiş ziyana görə təzminat tələb edirlər.

Zərərçəkmişlərin Xəbəral.az saytına verdikləri məlumatda bildirirlər ki, onlara dələduzluq yolu ilə külli miqdarda ziyan vurmuş Seymur Məmmədov və Çingiz Təhməzovu məhkəmə qurumları müdafiə edirlər.

“Hər iki şəxs cinayət əməllərini boyunlarına alıblar və buna görə də qanun qarşısında cavab verməlidirlər. Ancaq hansısa qüvvələr Seymur Məmmədova havadarlıq edərək onu cinayət məsuliyyətindən yayındırmağa çalışır”, deyə zərəçəkənlər bildirirlərlər.

Zərəçəkmiş vətəndaş Elmir Şəmiyevə Seymur Məmmədovla Çingiz Təhməzovun külli miqdarda ziyanı necə vurmaları barədə araşdırmamız davam edir.

Qeyd edək ki, hazırda Seymur Məmmədovla Çingiz Təhməzov Abşeron rayonu Masazır qəsəbəsində yaşayış evləri tikib satmaq məşğuldurlar. Hər iki şəxsin adı həmçinin qanunsuz ev tikintisində hallanır. Seymur Məmmədovla Çingiz Təhməzovun Masazır qəsəbəsində qanunsuz tikinti işləri ilə bağlı növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Xəbəral.az

Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
COP29-un on ikinci günündən FOTOREPORTAJ
COP29-un on ikinci günündən FOTOREPORTAJ
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"