kanal1

SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI

Tarix:18-04-2022, 08:19
Baxış Sayı:39

SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI


Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Göyçay Rayon İcra Hakimiyyətində apardığı yoxlamalar çərçivəsində rayon icra strukturlarında yüksək vəzifə tutan şəxslər dindirilib. Dindirilənlər arasında rayonun "təcrübəli məmur”larından Şükürov Rəşad Əlbala oğlu da olub.

O, rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. İcra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntularında onun da adı hallanıb.

Bu gün isə Beynəlxalq Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Taleh Xasməmmədov sosial şəbəkədə Rəşad Şükürovun barəsində tutulma protokolunun hazırlandığını bildirib.

Xatırladaq ki, R.Şükürov uzun müddət rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb və bu dövrdə o, böyük "təcrübə” qazanıb.
Şükürovun böyük "təcrübə”sindən rayona təyin edilən icra başçıları daim faydalanıb. Buna görə də o, həm Mübariz Ağayevin, həm də Mehdi Səlimzadənin dövründə lazımlı kadr kimi istifadə edilib.

Şükürovun tutduğu vəzifə rayonda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ən böyüyü və daha mühümüdür.

Bu vəzifənin yaratdığı imkanlara uyğun olaraq şəhər rəhbəri rayon mərkəzində yerləşən bələdiyyələrlə, Göyçay şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, sahibkarlar və digər təşkilatlarla "qarşılıqlı fəaliyyəti” gücləndirib.

Şükürovun tabeliyində şəhərdəki mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahələri, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlar (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) olub.

O adıçəkilən qurumların fəaliyyətini tənzimləyərək rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələləri "əlaqələndirə” bilib.

AMİA.AZ

Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?