kanal1

Masallıda bir ailə ACLIQ HƏDDİNDƏ: Rəsmilərsə... - GİLEY

Tarix:12-04-2022, 08:39
Baxış Sayı:50

Masallıda bir ailə ACLIQ HƏDDİNDƏ: Rəsmilərsə... - GİLEY


Masallı rayonunun Qızılağac kəndində yaşayan 6 uşaq anası Əqidə Əsgərova belə deyir. Onun sözlərinə görə, övladlarını yedizdirmək üçün gündəlik çörək almağa imkanı yoxdur.

ictimailider.az -ın məlumatına görə, Meydan TV-yə müraciət edən Əqidə Əsgərova bildirib ki, sonuncu dəfə evə nə vaxt ət, meyvə alındığını xatırlamır.

“Böyük övladımın 12, kiçiyinin 2 yaşı var. Həyat yoldaşım xəstədir, günəmuzd çalışır, amma bəzən həftələrlə iş tapa bilmir”,-şikayətçi deyib.

Ailə hərbi şəhərciyin ərazisində, tavanı, döşəməsi sınıb-tökülən daxmada qalır. Buna baxmayaraq onlara sosial yardım verilmir. Halbuki dəfələrlə gəlib evinə baxış keçirərək acınacaqlı vəziyyətdə yaşadıqlarını təsdiqləyiblər:
Masallıda bir ailə ACLIQ HƏDDİNDƏ: Rəsmilərsə... - GİLEY

Dövlət Sosial Fondunun cavab məktubu. Foto: Meydan TV
“Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbula gedib vəziyyətimi danışdım. Dedilər ki, maraqlanacaqlar. Amma yerli şöbədən bildirdilər ki, hara istəyirsən müraciət et, sənə yardım verməyəcəyik. Səbəb isə onu göstərirlər ki, mən guya uşaqlarımı yaşlı anamın yanında qoyub şəhərdə işləyirəm. Gəlib qonşulardan soruşa bilərlər. Mənim dolanmaq üçün şəraitim yoxdur, iş axtarmayım?”

Ana deyir ki, uşaqlarını məktəbə göndərə bilmir, çünki adi qələm almağa imkanı çatmır:

“Böyük övladımın ayaqqabısı, qışda geyməyə isti paltarı olmadı ki, məktəbə getsin. Uşaqlar həmyaşıdlarına elə həsrətlə baxırlar ki, ürəyim dözmür. Deyirlər ki, biz nə vaxt digər uşaqlar kimi təzə paltar geyinəcəyik. Kənd yerində meyvəyə həsrət qalmışıq. Nazirliyin yerli şöbəsində özlərinə də təklif etdim ki, yoxlamaq üçün qəfildən gəlsinlər, vəziyyətimizlə maraqlansınlar”.
Masallıda bir ailə ACLIQ HƏDDİNDƏ: Rəsmilərsə... - GİLEY

Foto: Meydan TV
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlə bağlı sualı cavablandırmayıblar. Masallı Rayon İcra Hakimiyyətindən isə ailənin vəziyyəti ilə bağlı sualı cavablandırmaq üçün bir qədər sonra zəng vurmağımızı tövsiyə etsələr də, günün sonunadək telefonlara cavab verilməyib.

Kənd sakinlərindən bir neçəsi də Meydan TV əməkdaşına ailənin vəziyyətinin həqiqətən yaxşı olmadığını, qadının ağır işlərdə çalışıb evinə çörək aldığını təsdiqləyiblər.

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Prezident və xanımı Ağdamda açılışda 
Prezident və xanımı Ağdamda açılışda