kanal1

Naxçıvanda daha bir ÖZBAŞINALIQ - GİLEY

Tarix:5-04-2022, 08:53
Baxış Sayı:193

Naxçıvanda daha bir ÖZBAŞINALIQ - GİLEY


Naxçıvanda şəxsi avtomobil təmiri emalatxanası və yağdəyişmə servislərinin fəaliyyətinə qadağa qoyulub. Sahibkarlardan tələb olunur ki, öz məkanlarını bağlayıb, bir müddət öncə açılmış "NAZ - Lifan" servislərində yer kiralasınlar, yaxud burada aşağı maaşa işləsinlər.

Dia.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a sahibkarların özü məlumat verib. Onlar deyir ki, servisdə kirayə haqqı həddən artıq baha olduğundan, ora köçmək sərf eləmir.

Şərur rayon sakini Sevindik Quliyev deyir ki, 35 ildir öz məkanında avtomobillərin yağını dəyişməklə dolanışığını təmin edirmiş. Bir müddət öncə rayon icra hakimiyyətindən gəlib, ondan buranı bağlamağı tələb ediblər:

"İcra başçısının müavini İmran Həsənov gəlmişdi. Dedi yuxarıdan tapşırıq var ki, bütün avtomobil təmiri və yağdəyişmə məkanları NAZ - Lifan servisinə köçürülməlidir. Aylıq kirayə pulu 700 manat. Dedim mən yağ dəyişirəm, bir ayda sən dediyin məbləğin yarısını ancaq qazanıram necə verim o qədər pulu. Dedi ki, bizə dəxli yoxdur, yerin bağlanmalıdır. İndi bir aydan çoxdur işsizəm, çörəkpulum əldən çıxıb, evdə uşaqların üzünə baxa bilmirəm. NAZ - Lifan servisləri bir neçə ildir yaranıb. Çox baha iş görürlər deyə, müştəriləri yox idi. İndi bütün başqa şəxsi servislər bağlamaqla hamını məcbur edirlər ki, təmir üçün ora getsinlər".

Təhlükəsizlyinə görə adının çəkilməsini istəməyən digər Naxçıvan sakini də bənzər problemlə üzləşdiyini deyir:

" 25 ildən çoxdur öz məkanımda avtomobil təmir edirəm. İndi gəlib deyirlər, bağlamalısan. Əlimdən başqa iş gəlmir, necə dolanmalıyam? Deyirlər, gəl NAZ-Lifan servislərində 300 manat maaşa gündə 10-12 saat işlə. Mən sənətkar adamam. Elə olub ki, 300 manatı öz yerimdə bir günə qazanmışam. İndi məni istismar eləmək istəyirlər. Hər yeri tutublar, gözləri doymur. İndi biz yazıq ustaların qazancına göz dikiblər. Bizim çörəyimizi göz dikən "NAZ-Lifan"dı".

Bir müddətdir ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) muxtar respublikadakı rayon, qəsəbə və kəndlərdə "NAZ - Lifan" texniki servis mərkəzləri açmağa başlayıb.

Naxçıvan şəhərində yerləşən zavod 2010-cu ildən bəri eyni adlı müxtəlif avtomobil markaları istehsal edir. "NAZ - Lifan" brendinin rəsmi nümayəndəsi "Cahan Motors", "Cahan Holdinq" Şirkətlər İttifaqına daxildir. "Cahan Holdinq"in yerli hakim ailə Talıbovların nəzarəti altında olduğu bildirilir.

Naxçıvanda daha bir ÖZBAŞINALIQ - GİLEY

Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR