kanal1

Qarabağda torpaqları "çörək problemi"ni həll edə biləcəkmi? - GƏLİŞMƏ

Tarix:4-04-2022, 18:05
Baxış Sayı:22

Qarabağda torpaqları "çörək problemi"ni həll edə biləcəkmi? - GƏLİŞMƏ


"İşğaldan qurtulan ərazilərimiz hesabına ölkənin ərzaq təhlükəsizliyinin təminatını daha 15-25 faiz civarında təmin edə bilərik”.

ictimailider.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli azad edilmiş ərazilərimizin Azərbaycanın ərzaq təhlükəsizliyində oynaya biləcəyi rolu dəyərləndirərkən deyib:

"İşğaldan azad edilmiş ərazilərimiz gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynaya bilər. Bu ərazidə həmin problemin həlli üçün kifayət qədər potensial var. Nəzərə alaq ki, həmin ərazilərimizin böyük hissəsi əkinə yararlı torpaqlardır, suvarma problemi olmayan bölgələrimizdir. İşğal illərində Ermənistan təkcə həmin ərazilərimizdə ildə 100 min ton buğda istehsal edirdi. Həmin bölgəmiz hesabına ərzaq məhsulları istehsalını daxildə azı 20-25 faiz artırmaq imkanındayıq. Hazırda ölkənin ərzaq məhsullarına tələbatının 50-55 faizi xaricdən gətirilir. Elə ərzaq məhsulları var ki, ondan asılılıq həmişə olacaq. Amma azad edilmiş bölgələrimiz hesabına buğda, dənli bitkilərlə bağlı xarici asılılığı aşağı sala bilərik. Keçən il xaricdən ölkəyə 1,145 milyon ton buğda gətirilib. Həmin ərazilər hesabına 200-300 min ton əlavə buğda istehsalına nail ola bilərik. Tərəvəz və meyvə istehsalını da artırmaq mümkündür. Bu ərazilərdə bitki yağlarının istehsalı üçün də imkanlar genişdir”.

Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR