kanal1

Əhəd Abıyev mal-qaranın Daşkəsənə girişinə qadağa qoydu – XÜSUSİ ŞƏRTLƏR

Tarix:2-04-2022, 16:04
Baxış Sayı:170

Əhəd Abıyev mal-qaranın Daşkəsənə girişinə qadağa qoydu – XÜSUSİ ŞƏRTLƏR

“Bəzi icarədar işbazlar qonşu rayondan olan fermerlərə pul qarşılığında Daşkəsən rayonunda olan yaylaqlarda iri və xırdabuynuzlu heyvanların saxlanılmasına icazə verir. Bu qanunsuzluğun qarşısı alınmalıdır. Çünki həmin sürülər sakinlərə məxsus olan əkin sahələrinə, pay torpaqlara ziyan vurur həmçinin hüquqi və fiziki şəxslər arasında münaqişələrə və söz-söhbətə səbəb olur. Bu hallara son verilməlidir”.

Bu açıqlamanı Daşkəsən rayonu ərazisində 2022-ci il yaylaq mövsümünə dair keçirilən müşavirədə rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev verib.

O, dövlət mülkiyyətinin işbazlar tərəfindən səmərəsiz şəkildə istifadə edilməsini tənqid edərək yeni Sərəncam haqqında danışıb. Artıq heyvanlar üçün də sənədlər tələb olunacaq:

"2022-ci ilin yayından etibarən davarların yaylaqlara getməsi üçün həmin yollarda nəzarət məntəqələri yaradılacaq. Həmin məntəqələr otlaqların mühafizəsi, qanunsuzluğun qarşısının alınması üçün effektiv olacaq. Yaylağa giriş üçün heyvanların xəstəliklərləri barəsində olan sənədlər tələb olunacaq əks halda baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına icazə verilməyəcək”.

Həmçinin icra başçısı nəzarət məntəqələrində xidmət göstərəcək mütəxəssislərə bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərin təsərrüfatlardakı heyvanların sayı barədə müvafiq siyahılar təqdim olunduğunu da bildirib:

“Yaranan istənilən mübahisəli, problemli məqamlarda mütəxəssislərlə əlaqə yaradılmalıdır. Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı təqdim etdikdən sonra sürülərinin yaylaqlara buraxılmasına icazə verilə bilər”.Bizim.Media

Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR